Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə olacaqdır.
Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olaraq iş imkanları barədə məlumatları əldə edəcəklər. Həmçinin tələbələr qurumun rəhbərliyi və əməkdaşları ilə tanış olmaq, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə edəcəklər.
Qoşulmaq üçün nə tələb olunur?
Gələcək karyerasını müvafiq qurumda qurmaq istəyən, İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi, kompüter elmləri və ya əlaqəli ixtisaslar üzrə təhsil alan 3 və ya 4-cü kurs tələbələri müraciət edə bilərlər.
Müraciət üçün link: https://forms.gle/865FJUYGTBVjEDDk6
Müraciət üçün son tarix: 02.12.2021 saat 10:00
3 Dekabr
11:00
Abşeron, Bakı-Şamaxı şossesinin 38-ci km
Qeyd: Yalnız qeydiyyatdan keçmiş və müraciətləri uğurlu olan namizədlərə əlaqə saxlanılacaqdır və Mərkəzə gediş üçün avtobus tərəfimizdən təmin olunacaqdır. Qeyd edək ki, səfər saat 11:00-da başlanacağı üçün Bakıda saat 09:00 radələrində toplanıb yola düşmək planlaşdırılmışdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az