“Azərpoçt” MMC Regional Poçt Filiallarına “Baş mühasib” Vakansiyası elan edir

“Azərpoçt” MMC Tovuz, Kəlbəcər, Qobustan, Şabran, Yardımlı, Mingəçevir, Naftalan Regional Poçt Filiallarına “Baş mühasib” Vakansiyası elan edir. Vəzifə öhdəlikləri və onların təsnifatı: • Şöbənin fəaliyyətinin təşkili və idarə olunması; • Filial və poçt şöbələri tərəfindən həyata keçirilən bütün maliyyə - təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi; • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə, mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi; • Maliyyə intizamına ciddi əməl edilməsini, inzibati, təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks olunmasının təşkili; • Tabeli poçt şöbələrində göstərilən xidmətlərdən əldə edilən nağd pul vəsaitlərinin vaxtında və düzgün mədaxil olunmasına və Baş xəzinəyə göndərilməsinə gündəlik nəzarət olunması. İş rejimi: • Həftə içi hər gün: 09:00 - 18:00 (şənbə, bazar - istirahət günü); Mühasib vəzifəsinə aid olan tələblər: • Ali iqtisad təhsili; • Mühasibatlıq və iqtisadiyyat sahəsində ən azı 5 illik iş təcrübəsi; • Analitik düşüncə və iqtisadiyyat sahəsində təhliletmə bacarığı; • Səlis azərbaycan dili biliyi (başqa bir xarici dil bilməsi arzuolunandır); • Poçt, maliyyə xidmətlərini tənzimləyən Qanunları, qaydaları, təlimatları bilmək və tətbiq etmək bacarığı; • MS Office proqramları ilə sərbəst işləmək bacarığı. Qeyd olunan vakansiyaya uyğun olan namizədlər mövzu yerində “Baş Mühasib” qeyd etməklə[email protected]ünvanına CV göndərə bilərlər. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az