Azexport Beynəlxalq Ticarət Mərkəzi ilə ödənişsiz təlimlərə başlayır

Azexport Beynəlxalq Ticarət Mərkəzi ilə təlimlərə başlayır

 

Azərbaycan Respublikası İqtisadi İslahaltarın Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “ITC” (İnternational Trade Center) ilə birlikdə “Ticarətə Hazır” layihəsinə start verir.

Layihə çərçivəsində beynəlxalq elektron ödənişlər, wordPress/WooCommerce tətbiqi vasitəsi ilə elektron ticarət saytını qurulması, Amerika və Avropa ölkələrində elektron ticarətlə məşğul olmaq üçün şirkət qeydiyyatı, Amazon elektron ticarət platformasında açılan hesabın aktiv saxlanılmasına dair həll yolları kimi mövzuları praktik tədris olunacaq.

Təlim “İTC”in eksperti Mohamed Es Fih tərəfindən ingilis dilində keçiriləcək.

“Zoom” tətbiqi vasitəsi ilə keçiriləçək təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər sertifikatla təmin olunacaqlar.

Qeyd edək ki, bundan əvvəl  Azexport.az portalı, Worldef Business School və Worldef şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə 30 aprel – 19 may 2020-ci il tarixlərində təşkil olunmuş “Distant Amazon və Elektron ticarət” təlimində 168 şəxs iştirak etmiş və 80 faizdən yuxarı iştirak göstəricisi olanlar isə sertifikatla təltif olunmuşdurlar.

 

Təlim ödənişsizdir və 15,19,22,25 iyun tarixlərində keçiriləçəkdir.

Təlim üçün qeydiyyat linki: http://training.ereforms.org/

 

Bir cavab yazın

Back to top button