30 Noyabr 08:02

AzMİU-da “Fürsəti gözləmə, onu yarat” devizi altında təlim

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbələrini Leyla Surxayzadənin təqdimatında CV hazırlanması mövzusunda təlimə dəvət edir.
Təlim ATGTİ nəzdində Tələbə Problemləri Mərkəzi və “GR8 Club” tərəfindən “Fürsəti gözləmə, onu yarat” devizi altında reallaşdırılan təlim layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə keçiriləcək.
Təlimçi haqqında:

Leyla Surxayzadə
– 3 ildən çox Karyera Məsləhəti, Təlim və Kouçinqdə təcrübəsi var.
– Eastern Mediterranean Universitetində Bloomberg BAT Səfiri olmuşdur.
– İnsan Resurslarının İdarə olunması sahəsində bakalavr dərəcəsi var.
– Eastern Mediterranean University-nin Karyera Mərkəzində təlim və seminar tədbirlərin təşkili vəzifəsində çalışmış, məzun tələbələrə karyera qurulmasında yardım etmişdir.
– BMT-nin, Norveçin Xarici İşlər nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsində təlimçi və kouç kimi fəaliyyəti nəticəsində 60-dan çox insan iş tapmışdır.

Qeydiyyat: I korpus 1113-cü otaq
Tarix: 02.12.2015
Saat: 13:00
Ünvan: III korpus akt zalı

Bəyən və paylaş

Rəylər

rəy(lər)