AZSİİB sosial iş ixtisası tələbələri üçün könüllü vəzifəsi üzrə vakansiya elan edir!

AZSİİB sosial iş ixtisası tələbələri üçün könüllü vəzifəsi üzrə vakansiya elan edir!
Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSİİB) Layihə köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Layihə assistentinin öhdəlikləri:
Təşkilatın layihələrin icrasında layihə komandasını dəstəkləmək;
* Layihə çərçivəsində nəzərdə tutulmuş görüş və tədbirləri təşkil etmək;
Layihə işçiləri ilə əlaqə saxlamaq lazım gəldikdə;
Layihə ilə bağlı sənədləşməni və müvafiq qeydiyyatı aparmaq;
Layihə müddətində görüşlərin, yazışmaların qeydiyyatını aparmaq və protokolları hazırlamaq;
Təşkilatın maraqlarını qorumaq;
Təlim və seminarlarda iştirak etmək, bilik və bacarıqlarını artırmaq.
Namizədlərdən tələb olunan keyfiyyətlər:
Sosial iş ixtisası üzrə təhsil almaq;
İctimai işlərə, xüsusilə də könüllü fəaliyyətə həvəsli olmaq;
Bilik və bacarıqlarını artırmağa, eləcə də ölkədə sosial işin inkişafına maraq göstərmək;
Yaxşı səviyyədə ingilis dili, mükəmməl səviyyədə Azərbaycan dili bacarıqları;
Optimist, enerjili və həvəsli olmaq;
Kompüter və ofis avadanlığından istifadə bacarıqları;
Komandada və superviziya altında işləmək bacarığı.
Birliyin heyətində işləməklə qazanacaqsınız:
Sosial iş sahəsində bilik və bacarıqlarınızı artırmaq imkanı;
Bir ilin sonunda öyrəndiyiniz bilik və bacarıqları əks etdirən tövsiyyə məktubu;
Savadlı, peşəkar və pozitiv komandada işləmək imkanı;
Yerli və beynəlxalq sosial iş mütəxəssisləri ilə tanışlıq, onların təcrübəsindən yararlanmaq;
Nüfüzlü beynəlxalq və yerli qurumlarla görüşlərdə iştirak;
Geniş peşəkar əhatə dairəsi;
Nüfuzlu tədbir və təlimlərdə iştirak imkanı.
YALNIZ SOSİAL İŞ TƏLƏBƏLƏRİNİN MÜRACİƏTİ QƏBUL OLUNUR!!!
Müraciət etmək üçün CV-inizi və bir səhifəlik maraq məktubunuzu 2017-ci il aprelin 12-dən gec olmayaraq [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Maraq məktubunda niyə Birliyin komandasına qoşulmaq istəyiniz və təşkilata hansı töhfələri verəcəyiniz barədə məlumatın yazılması gözlənilir. E-mail-in “Subject” hissəsində “Layihə Assistenti” qeyd etməyiniz xahiş olunur.


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close