“Aztelekom” MMC hüquq ixtisası üzrə təhsil almış tələbələri təcrübə proqramı keçməyə dəvət edir

“Aztelekom” MMC hüquq ixtisası üzrə ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, məzunlarını, öyrənməyə və təcrübə qazanmağa həvəsi olan gənc hüquqşünasları Cəmiyyətin Hüquq şöbəsində Təcrübə proqramı keçməyə dəvət edir.

Müsahibə nəticəsində seçilmiş təcrübəçilər 2 ay müddətində keçiriləcək Təcrübə Proqramı çərçivəsində Şöbənin təcrübəli hüquqşünaslarının rəhbərliyi altında fəaliyyət göstərməklə istehsalatda həyata keçirilən hüquqi proseslərlə tanış olmaq və həmin proseslərdə iştirak etmək imkanı qazanacaqlar.
Təcrübə Proqramının yekununda təcrübəçilər iştirak sertifikatı ilə təmin olunacaqlar. Fərqlənən və müvəffəqiyyətli olan təcrübəçi Cəmiyyətin Hüquq şöbəsində işlə təmin olunmaq şansı qazanacaqdır.

*Qeyd:* Təcrübə Proqramına qoşulmaq istəyən namizədlərdən öz CV-lərini 01 may 2021-ci il tarixinədək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur. Namizədlərin göndərdikləri müraciətlərin “Subject” bölməsində mütləq “təcrübəçi hüquqşünas” qeyd edilməlidir.

Bir cavab yazın

Back to top button