AzTU Elmi koordinasiya və Nəşr mərkəzinə “Çapçı” vəzifəsi üzrə vakansiya elan edir

AzTU Elmi koordinasiya və Nəşr mərkəzinə “Çapçı” vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

·        Ali və ya orta təhsil;
·        Müvafiq sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
·        Yüksək səviyyədə Azərbaycan dili biliyi;
·        Reklam-Çap və digər avadanlıqları işlətmə bacarığı
·        Yüksək səviyyədə kommunikasiya bacarığı;
·        Nəticə yönümlülük

Vəzifə üzrə öhdəliklər:

·        Universitetin professor-müəllim heyəti tərəfindən yazılmış kitabların, elmi əsərlərin, dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların və metodik göstərişlərin çap olunması, tikilməsi və cildlənməsi;
·        Jurnal və dərgilərin, blankların, posterlərin, rolapların, bannerlərin çap olunması, tikilməsi və cildlənməsi;
·        Universitetin promo məhsullarının çap olunması;
·        Kitablarda şəkillərin və ya başlıqların əllə və ya maşınla basılması;
·        Nömrə və formatlara görə sənədlərin seçilməsi, vərəqlərin içləşdirilməsi və formaya salınması;
·        Sənədlərin tikilməsi və köklüklərin yapışdırılması;
·        Çap mexanizmlərinin, mürəkkəbləmə sistemlərinin və digər çap maşını funksiyalarının quraşdırılması və uyğunlaşdırılması;
·        Maşın əməliyyatlarını və çap keyfiyyətini yoxlanılması və çap avadanlıqlarına texniki qulluğun edilməsi

İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-17:30
Əmək haqqı: İlkin olaraq 400 AZN gross

Son müraciət tarixi: 30.09.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Çapçı” qeyd etməklə göndərə bilərlər.

Related Articles