reklam

AzTU Iqtisadiyyat və təminat şöbəsinə “Böyük mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir

AzTU Iqtisadiyyat və təminat şöbəsinə “Böyük mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir Tələblər: ·Ali təhsil; ·Satınalmalar üzrə 2-3 illik iş təcrübəsi; ·Azərbaycan dilində səlis yazmaq, oxumaq və danişmaq, upper-intermediate səviyyəsində ingilis dili; ·“Microsoft Office” proqramlarından istifadə bacarığı; ·Güclü analitik qabiliyyətlər, problem həll etmə və əməkdaşlıq bacarıqları; ·Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları; ·Nəticə yönümlülük; ·Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək; ·Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat; ·Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması Vəzifə üzrə öhdəliklər: ·Müəssisənin Satınalma Prosedurlarına, təlimatlarına və s digər əlaqəli qaydalara riayət olunması; ·Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yenilənməsi; ·Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili; ·Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə və standartlara uyğun şəkildə təchiz edilməsi; ·Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsi; ·Müqavilə üzrə və habelə satınalmanın həyata keçirilməsi üçün əlaqəli şöbələrlə işlərin və sənəd dövriyyəsinin operativ və düzgün şəkildə təşkil etməsini edilməsi; ·Təklif olunan qiymətlərin müqayisə cədvəlinin hazırlanması və uyğun tədarükçüdən malların alınması; ·Sifariş və xərclərini əsaslandırılması, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunun təmin edilməsi; ·İllik satınalma planının hazırlanmasına dəstək göstərilməsi; ·Təchizat tələbatları üzrə risklərin müəyyən edilməsi və təkliflərin hazırlanması; ·Periodik hesabatların tələb olunan formatda, interval və müddətdə müəssisə rəhbərliyinə təqdim olunması; · İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-17:30 Əmək haqqı: 700 AZN gross Deadline: 10.11.2021 Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini[email protected]elektron ünvanına mövzu yerinə “böyük mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az