3 Yanvar 16:51

AzVİF 2015-ci ilə yekun vurdu

Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri xüsusi “çempion” köynəyi və xatirə hədiyyələri ilə təltif edib. Mövsümün yekunu olaraq U-15, U-17 və gənclər kateqoriyasında 1-ci yerə 8 saylı İdman Olimpiya Məktəbinin yetirmələri layiq görülüb:

 

U-15

David Proherkus – 86 xal (8 saylı OEQİUGM)

 

U-17
Mikayıl Səfərli – 81 xal (8 saylı OEQİUGM)

 

Gənclər
Kənan Qəhrəmanlı – 134 xal (8 saylı OEQİUGM)

 

Qeyd edək ki, adları çəkilən idmançılar 2016-cı ildə keçiriləcək bütün ölkədaxili yarışlarda “çempion” köynəyi ilə yarışacaqlar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)