PRO LOG Training Center komandamıza yeni həmkar axtarırıq!
Əgər satış sahəsində inkişaf etmək və korporativ mühitdə uğurlu karyera qurmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Namizədə olan tələblər:
• Minimum 1 il B2B satış və ya əlaqəli sahədə təcrübə;
• Procurement (satınalma) sahəsində təcrübə üstünlükdür;
• Çevik, dəqiq və nəticəyönümlü olmaq;
• Geniş biznes əlaqələrinə sahib olmaq;
• Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı.
Sizi hansı vəzifələr gözləyir?
• Yeni korporativ müştərilərin tapılması və əməkdaşlıqların qurulması;
• Mövcud müştəri bazasının idarə edilməsi və inkişaf etdirilməsi;
• Kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
• Satış planlarının icrası və hədəflərə çatmaq;
• Müştəri ehtiyaclarının öyrənilməsi və uzunmüddətli əlaqələrin qurulması.
Biz sizə nə təklif edirik?
• Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
• Peşəkar inkişaf və karyera perspektivləri;
• Korporativ təlimlərdə iştirak imkanı;
• Dəstəkləyici və dinamik komanda mühiti.
Müraciət üçün CV-lərinizi [email protected] ünvanına “B2B Satış üzrə Mütəxəssis” mövzusu ilə göndərə bilərsiz.