“Bacararsan.az” sosial layihəsində koordinator ol (təqaüdlü)

Bacararsan.az” sosial layihəsində koordinator ol (təqaüdlü)
“Bacararsan.az” sosial layihəsində koordinator vəzifəsinə qəbul açıq elan olunur. Xüsusən həssas qrup gənclərin yüksək texnologiyalar, veb proqramlaşdırma sahəsində istiqamətverici rol oynayan bu faydalı layihədə sən də iştirak et, qaranlığa işıq ol…
LAYİHƏ HAQDA
Layihədə xüsusilə fiziki əmək qabiliyyətini itirmiş gənclərin onlayn platformalarda işləməsi haqda istiqamətləndirici və motivasiya edici vebinarların keçirilməsi nəzərdə tutulur. Belə ki, gənclər global freelancer platformaları ilə tanış olacaq, insanların evdən çıxmadan necə proqramlaşdırmaya yiyələndiyi, həmin bilikləri sayəsində müvafiq platformalarda nə cür xidmət sataraq gəlir əldə etdiyi, nağdsız ödənişlərin qəbul olunması və xərclənməsi kimi biliklərə sahib olacaq.
TƏLƏBLƏR
– yalnız xanım namizədlər
– yüksək araşdırma qabiliyyəti
– layihə iştirakçıları ilə əlaqələrin qurulması və ümumi koordinasiya
– layihənin sosial şəbəkələrdə elanlarının dərc olunması
– müəyyən yerli və beynəlxalq sosial təşkilatlarla danışıqların aparılması
– daha əvvəl sosial iş, könüllülük təcrübəsi olması üstünlükdür
2 aylıq proqramı uğurla bitirdikdən sonra ştatlı əməkdaş olaraq qəbul şansı vardır
ŞƏRTLƏR
– Proqramın müddəti: 2 ay
– Aylıq 100 azn təqaüd
– Həftədə 5 gün, 10:00 – 18:00
– Ofis Koroğlu m. yaxınlığında yerləşir
ÜSTÜNLÜKLƏR
– gənc, creative komanda
– şəraitli ofis
– limitsiz çay & kofe
– sosial layihə təcrübəsi və onum verdiyi mənəvi dəyər
MÜRACİƏT ÜÇÜN:
– fotoşəkilli CV faylı
– niyə sizi seçməli olduğumuza dair iddianız (mailin mətni hissəsində yazılmalıdır)
– yuxarıdakı məlumatlar [email protected] ünvanına “Layihə koordinatoru” başlığı ilə göndərilməlidir.

Bir cavab yazın

Back to top button