Back end və Front end developer üzrə təlim sessiyası

PAŞA Bank olaraq biz qabaqcıl texnologiyalardan istifadə edərək bölgədə ən yaxşı rəqəmsal bankçılıq məhsullarını yaradırıq və hazırda trenddə olan məhsulları yaradan komandamıza üzv olmaq istəyən istedadların axtarışındayıq.
Bizə qoşulmaq arzusunda olanlara nələri təklif edirik?
• Rəqabətli mühitdə yüksək templə çalışmaq;
• Davamlı olaraq öyrənmək və inkişaf etmək;
• Agile metodologiya ilə işləmə gücünü hiss etmək;
• Proqram təminatını manual test və “Deployment” olmadan yaratmaq.
Yuxarıda qeyd olunanlar sizi cəlbə edirsə, Bankda mövcud olan Back-End və Front-End developer vakansıyalarına müraciət edin.
İşə qəbul “HackerRank” innovativ işəgötürmə platforması üzərindən həyata keçiriləcək. Azərbaycanda ilk dəfə PAŞA Bank tərəfindən tətbiqinə başlanılmış bu sistem informasiya texnologiyaları sahəsi üzrə məşğul olan mütəxəssislərin işə qəbul prosesinin effektiv şəkildə keçirilməsinə imkan verir.
“HackerRank” testlərindən keçməklə namizədlər aşağıdakı sahələr üzrə özünü sınaya bilər:
Back-End developerlər (http://hr.gs/pashabank-be-ls-01-2020)
• Məntiq
• Alqoritm & Data Structures
• Java / Java EE – basic
Front-End developerlər (http://hr.gs/pashabank-fe-ls-01-2020)
• Məntiq
• Web fundamentals
• JavaScript / HTML / CSS
Testlərdən müvəffəqiyyətlə keçmiş namizədlər Back-End və Front-End developerlər üçün xüsusi təlim sessiyasında iştirak edəcəklər. Böyük məmnuniyyətlə bildirmək istərdik ki, bundan əvvəl keçirdiyimiz 3 sessiyada iştirak edənlərdən 15 nəfər namizəd işçi sıramıza qoşulmuşdur və hal-hazırda PAŞA Bankın Rəqəmsal Laboratoriyasının fərqli komandalarında çalışır.

Necə müraciət etməli:
• Maraqlanan namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər;
• Mövzu hissəsində “Back-End və ya Front-End Developer Edumap.az” başlığının qeyd edilməsi mütləqdir;
• CV-lərin son qəbul tarixi – 25 Yanvar 2020-ci il.

Bir cavab yazın

Back to top button