“Baharı Birlikdə Qarşılayaq!” adlı sərgi keçiriləcək

2018-ci il mart ayının 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı Birlikdə Qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulmuşdur.         Sərginin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin açılış nitqindən sonra baş tutacaqdır. Sərgidə 25-dən çox şagirdin 70-dən çox rəsm əsərlərinin nümayişi nəzərdə tutulmuşdur. Onlardan əlavə, məktəbin “Fidanlar” qrupu kanon ifaçılarının, piano sinfi şagirdlərinin, həmçinin tar, vokal ifaçılarının və musiqi nömrələri və çıxışları baş tutacaq.

Sərginin sonunda tədbir iştirakçılarının diplom və hədiyyələrlə təltif olunacaq.

Bir cavab yazın

Back to top button