7 Noyabr 09:52

Bakıda ilk dəfə İndoneziyanın mədəniyyət festivalı keçiriləcək

Noyabrın 19-20-də Bakıda ilk dəfə İndoneziyanın mədəniyyət festivalı keçiriləcək.

Edumap.az xəbər verir ki, İndoneziyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək festivalda ölkənin mədəni, etnik müxtəlifliyi, eləcə də milli rəqsləri və musiqi şouları nümayiş etdiriləcək.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani bildirib ki, festivalın iştirakçıları İndoneziyanın çoxmədəniyyətli mühiti, eləcə də ölkələrimiz arasındakı əlaqələrin tarixi barədə geniş məlumat əldə edəcəklər.

Bəyən və paylaş