3 Fevral 14:50

Bakı 1920-1940’cı illər: ağ-qara etüdlər

“Bakı 1920-1940’cı illər: ağ-qara etüdlər”

Fevralın 7-i, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində tədqiqatçı, tarixçi və televiziya aparıcısı, “Bakı sirləri” silsilə televiziya verilişlərin müəllifi Fuad Axundov ilə görüş keçirəcəyik.

1920-1940-cı illərdə, Bakı, sovet hakimiyyətinin təzyiqinə baxmayaraq, çox istedadlı rəssamlar və şairlərin yaşayıb-yaratdığı bir şəhər olub. Ölkənin həyatında bu mərhələ, dəyişməz olaraq incəsənətdə öz əksini tapmış müxtəlif hadisələr və sarsıntılarla zəngin olub.

Sizi bu tarixi zaman kəsiyi, zamanın ruhu müəyyən etmiş və sosioloji-mədəni kontekstin formalaşmasına böyük təsir göstərmiş insanlar və hadisələr haqqında söhbət etməyə dəvət edirik.

Görüş hazırda fəaliyyət göstərən “Danışır Bakı: 1900-1940-cı illər” sərgisi çərçivəsində keçiriləcək. Sərgidə XX əsrin başlanğıcından İkinci Dünya müharibəsinə qədər yaradılmış rəsm və qrafik əsərlər, həmçinin ədəbiyyat nümunələri, arxiv xronikası və sənədlər nümayiş olunur.

Sərginin kuratorlarının səyləri sayəsində, ekspozisiyada İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov kimi rəssamların, həmçinin Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsur kimi şair(ə)lərin əsərləri vəhdət şəkildə bir araya gətirilib.

7 fevral, 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinə yaxın)
Giriş sərbəstdir
Əlaqə nömrəsi: (012) 505 7718; (050) 251 41 15

______
«Баку 1920-1940-х годов: чёрно-белые этюды»

7-ого февраля в Музее Живописи Азербайджана XX-XXI веков состоится встреча с исследователем, историком и телеведущим, автором цикла передач «Бакинские тайны» Фуадом Ахундовым.

Баку 1920-40-х был городом, где жили и творили, вопреки давлению советской власти – многие талантливые художники и поэты. Этот этап в жизни страны был богат событиями и потрясениями, которые неизменно находили отражение в искусстве.

Мы приглашаем вас побеседовать об этом историческом отрезке, людях и явлениях, которые определяли дух времени и оказали огромное влияние на формирование социо-культурного контекста.

Встреча пройдёт в рамках действующей выставки «Говорит Баку: 1900-1940-е годы», где представлены произведения живописи и графики, созданные в период от начала XX века до Второй мировой войны, а также образцы литературы, архивной хроники и документы.

Благодаря усилиям кураторов выставки, в экспозиции органично соединились работы таких художников, как Исмаил Ахундов, Азим Азимзаде, Лятиф Фейзуллаев, Михаил Герасимов, Гасан Хагвердиев, Алибек Гусейнзаде, Гейсяр Кашиева, Бахруз Кенгерли, Рустам Мустафаев, Али Расим Мухтаров, Адиль Газиев, Алекбер Рзакулиев, Октай Садыхзаде, Салам Саламзаде, Садыг Шарифзаде, Таги Тагиев, Газанфар Халыгов, Камиль Ханларов, а также поэтов – Микаила Рафили, Джафара Джабарлы, Ахмед Джавада, Сеида Гусейн Садыга, Умгюльсюм Садыгзаде, Гусейн Джавида, Микаила Мушфига и Самеда Мансура.

7-ого февраля, в 19:00
Музей Живописи Азербайджана XX-XXI веков (рядом с Центром YARAT)
Вход свободный
Контактный телефон: (012) 505 7718; (050) 251 41 15

______
Baku in the 1920s and 1940s: Black and White Etudes

On February 7th, The Museum of Azerbaijani Painting of the XX-XXI Centuries will organize a meeting with Fuad Akhundov – prominent researcher, historician, TV presenter, and author of The Baku Secrets TV documentary series.

During 1920s and 1940s Baku was a city where many talented artists and poets lived and worked despite the influence and pressure of the Soviet Union. This important stage in the life of Azerbaijan was rich with various events and disruptions which, in turn, were always reflected in art.

We are pleased to invite you join our talks about this important historical period, people and events which defined spirit of the time and had a huge impact on the formation of the socio-cultural context.

The meeting will be held within the framework of current Baku Speaking: 1900s-1940s exhibition which presents unique works and drawings covering the period from the very beginning of the XX century up to the WWII, as well as literary works, chronicles and paperwork.

Curators of Baku Speaking: 1900s-1940s exhibition made every possible efforts to bring together works of artists (Ismayil Akhundov, Azim Azimzade, Latif Feyzullayev, Mikhayil Gerasimov, Hasan Hagverdiyev, Ali bey Huseynzade, Geysar Kashiyeva, Bahruz Kangarli, Rustam Mustafayev, Ali Rasim Mukhtarov, Adil Gaziyev, Alakbar Rzaguliyev, Ogtay Sadigzade, Salam Salamzade, Sadig Sharifzade, Taghi Taghiyev, Gazanfar Khaligov, Kamil Khanlarov) and poet(esse)s (Mikayil Rafili, Jafar Jabbarli, Ahmad Javad, Seyid Huseyn Sadig, Umgulsum Sadigzade, Huseyn Javid, Mikail Mushvig and Samad Mansur) under one roof.

February 7, 7 pm
The Museum of Azerbaijani Painting of the XX-XXI Centuries (near YARAT Centre)
Admission is free
Contact number: (012) 505 7718; (050) 251 41 15

Bəyən və paylaş