18 Oktyabr 15:54

Bakı 2017 Könüllüləri

Əziz könüllülər, qeydiyyatdan keçərək Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları Könüllülər komandasına qoşulun

Oyunlar 12 – 22 May 2017-cı il tarixlərində, Bakıda baş tutacaq.

Biz Bakı 2017 Könüllülərimizin komanda və birlik şəklində çalışaraq 2017-ci ilin may ayında baş tutacaq Oyunların əvəzsiz iştirakçısı olmağını istəyirik. Əgər Siz İslam Həmrəyliyi Oyunlarında iştirak etmək və uğur qazanmaq istəyirsiniszə, bizə qoşulun!

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları könüllüsü ola bilmək üçün sadəcə aşağıdakı tələblərə cavab verməlisiniz:

  • 1 May 2017-cı il tarixədək 16 yaşınız tamam olmalıdır
  • Siz, oktyabr ayının sonunda etibarən baş tutacaq müsahibədə iştirak etməlisiniz
  • Oyunlardan əvvəl təşkil olunmuş təlimlərdə iştirak etməlisiniz
  • Həvəsli olmalı və komanda üzvü kimi çalışmaqdan zövq almalısınız

Bakı 2017 Könüllüsü olaraq Siz, aşağıdakılardan faydalanacaqsınız:

  • Unudulmaz və maraqlı təcrübə
  • Azərbaycanı dünyada ən gözəl şəkildə təmsil etmək imkanı
  • Ən yaxşı yerli və xarici peşəkarlarla işləmək imkanı
  • Yeni münasibətlər və dostluqların qurulması
  • İşinizi uğurla başa vurduğunuza dair sertifikat

Bakı 2017 Könüllüsü olmaq üçün onlayn qeydiyyatərizəsini doldura bilərsiniz.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)