6 Oktyabr 19:21

Bakı Ali Neft Məktəbində TEDxBHOS konfransı keçiriləcək

12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir. TEDxBHOS tədbiri 6 spikerin müəyyən olunmuş mövzu ətrafında 18 dəqiqəlik çıxışından, gözəl musiqi performanslarından ibarətdir. 12 oktyabrda tamaşaçıları səhnədə

Benish GPS Azərbaycan şirkətində marketinq direktoru olan Türkan Fərzəliyeva,

SOCAR Türkiyənin maliyyə riskləri və xəzinə koordinatoru Ali Ağaoğlu,

ZehinX youtube kanalının təsisçisi və müəllifi Fuad Əliyev,

BP şirkətinin rəqəmsal və ənənəvi kommunikasiyalar üzrə aparıcı mütəxəssisi Turxan Əhmədov,

Müasir Psixologiya Mərkəzinin müdir müavini, psixoloq-konsultant və treyneri Aida Nəbiyeva,

EY Azərbaycan şirkətinin baş mühasibi Könül Məlikova qarşılayacaqdır.

TEDx konfransının əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək, onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.

Konfrans bütünlükdə “Praqmatizm” mövzusuna həsr edilib.

Tədbir Özsütün baş sponsorluğu, SOCAR, BANM, LİBRAFF mağazalar şəbəkəsinin dəstəyi və Technote`un və Edumap.az`un media dəstəyi ilə həyata keçirilir.

Konfrans barəsində daha ətraflı https://www.facebook.com/events/468543067092658/ linkindən məlumat ala bilərsiniz. Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən, iTicket.az saytından və http://bit.ly/TEDxBHOS2019 veb ünvanından əldə edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)