28 Oktyabr 13:11

BAKI BİZNES TƏDRİS MƏRKƏZİ MÜSABİQƏ ELAN EDİR

AZƏRBAYCAN RESPUBLIKASININ IQTISADIYYAT VƏ SƏNAYE NAZIRLIYI

BAKI BIZNES TƏDRIS MƏRKƏZI

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2016-cı ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 20 gün müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

– Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

– Menecment sahəsində azı 1 il iş təcrübəsi;

– Yaşı 45-dən çox olmamalı;

– İngilis dilini bilməli.

İxtisasartırma kursunun keçirilməsi vaxtı: 2016-cı ilin aprel ayı.

Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

10-11 dekabr 2015-ci il tarixlərində Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları tələb olunan qaydada doldurmalı, elektron və kağız formada qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

– Namizəd haqqında məlumat – ingilis dilində (Application form 1);

– Namizəd haqqında məlumat – ingilis dilində (Application form 2);

– Fərdi məlumatlrın qorunmasına dair ərizə – (Data protection declaration/Privacy statement);

– Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış;

– 3×4 ölçüdə foto -2 ədəd.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytının Xəbərlər və ya Elanlar bölmələrindən əldə etmək mümkündür:www.bbtc.gov.az

Sənədlər 2015-ci il noyabr ayının 30-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 4-cü mərtəbə, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova.

Tel: (012) 431-39-07, 430-93-22, E-mail: [email protected]

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)