Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunacaq

Bu günlərdə yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirkinə janr üzrə artistlərin işə qəbulu elan edilib. Bununla əlaqədar ştat cədvəlinə uyğun olaraq sirkin milli truppa və orkestri yenidən təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, sirkə Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər dəvət edilir.

Daha çox Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunlarına üstünlük veriləcək. İxtisas üzrə iş təcrübəsinə malik 29 yaşadək gənclərin müraciət etməsi tövsiyə olunur.

Namizədlər öz tərcümeyi-hallarını (CV) və özləri haqqında çəkdikləri qısa videonu [email protected] elektron poçt ünvanına və ya (+99450) 204 04 54 “WhatsApp” nömrəsinə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button