11 Mart 18:20

Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib

Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib

Elçin Səfəralı oğlu Babayev Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Atası Səfəralı Babayev AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent E.Babayev həm də Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavinidir.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də işdən azad olunub. BDU-nun rektor əvəzi isə təhsil nazirinin müavini Firudin Qurbanov idi.

Bəyən və paylaş

Rəylər

rəy(lər)