#
16 Sentyabr 17:59

Bakı Elektron Ticarət Forumu 2018

Bakı E-ticarət Forumu  elektron ticarət dünyasının 2018-ci il üzrə ən maraqlı beynəlxalq tədbirlərindəndir! 2 günlük Forumda 30-dan artıq çıxış, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformaları və 300-dən artıq iştirakçı gözlənilir: beynəlxalq təşkilatlar, mikro, kiçik və orta sahibkarlar, dövlət qurumlarının nümayəndələri, icitmai təşkilatlar, investorlar və startaplar. BEF2018 sahənin inkişafı üzrə ən qabaqcıl ideyaların mübadiləsi üçün gözəl imkandır. Foruma qatılaraq zövq və məlumat almağa və biznesin lideri olmağa hazır olun!

E-ticarət  son illər ərzində sürətli dəyişikliklərlə üzləşmişdir. Onlayn satışlara və bazar araşdırmalarına gəldikdə iri şirkətlər belə bir çox çətinliklərə cavab vermək üçün mübarizə aparırlar.

İki günlük yüksək səviyyəli, olduqca interaktiv, ən qabaqcıl e-ticarət strategiyasına sahib olmaq üçün tələb olunan tədbirlərə xüsusi fokuslanan Forum beynəlxalq inkişaf agentliklərinin, özəl sektorun və rəqəmsal platformaların parlaq nümayəndələrini bir araya gətirir.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)