19 Aprel 16:36

Bakı Gənclər Mərkəzi “Karyeranı qur” layihəsini təqdim edir

Karyeranı bizimlə qur!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Gənclər Fondu (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə məşğulluğun inkişafına dəstək olmaq məqsədilə “Karyeranı qur” layihəsini təqdim edir.

Layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində əmək bazarında iş axtaran insanlar hər gün müxtəlif təlim və seminarlarda iştirak edəcəklər. Təlimlər həftənin 5 günü saat 10:00-13:00 arası olmaqla həyata keçiriləcək.
Layihə periodu
– iş axtarma bacarıqlarının inkişafı təlimləri
– departamentlərdə iş
– fəal iş axtarma metodları
– şəbəkənin genişləndirilməsi
– əldə edilmiş nəticələrin təhlili
-motivasiyanın təmin edilməsi
olmaqla bir neçə mərhələdən ibarətdir. Layihə 2 həftə davam edəcək, iştirakçılara layihənin sonunda sertifikat və tövsiyə məktubları veriləcək.
İştirakçılar müxtəlif təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran gənclərdən 15 nəfər olmaqla seçiləcək.
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:
• Namizəd ali təhsilli (təhsilini bitirmiş) olmalı;
• Motivasiyalı olmalı;
• Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı;

Bakı Gənclər Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri müxtəlif təlim, seminarlar və layihələr təşkil edərək məşğulluğun inkişafı üçün əsaslı addımlar atmaqdır.
Layihədə iştirak ödənişsizdir.
Layihədə iştirak etmək üçün qeydiyyatdan keçin.
Qeydiyyat üçün: https://forms.gle/eeZ9Zd1ZyaZxymi97

Son qeydiyyat tarixi 24 aprel

#BakuYouthCenter #BakiGenclerMerkezi#karyeranıqur #Baku #Bakı #Azerbaijan#Azerbaycan

Daha ətraflı:
📧 [email protected]
📍 Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35a, Heydər Əliyev adına istirahət parkının daxilində (Sabunçu rayonu İcra Hakimiyyəti ilə üzbəüz)

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)