Bakı Gənclər Mərkəzi “Yeni Dövrün Yeni Könüllüləri ” proqramına qəbula start verdi

Bakı Gənclər Mərkəzi “Yeni Dövrün Yeni Könüllüləri ” proqramına qəbula start verdi. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Məsuliyyətlilik;
Təşkilatçılıq;
Kollektivdə işləmək bacarığı;
Ünsiyyətcillik;
Kompüter bacarığı (Office və dizayn proq. anlayışı);
Təşəbbüskarlıq.

Bakı Gənclər Mərkəzində könüllü olaraq Siz:
Yeni bacarıqlar;
Real iş təcrübəsi;
Uğurlu karyera;
Ekskursiyalar;
Təlimlər və seminarlar;
Sosiallaşmaq;
Yeni dostlar qazanacaqsınız.

Könüllü kimi müqavilə öhdəliklərini başa vuran gənclərin hər birinə xüsusi sertifikat, müsbət xasiyyətnamə veriləcəkdir.

Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq 17-26 yaş arası gənclər müraciət edə bilər.

“Yeni dövrün Yeni könüllüləri” sıralarına qoşulmaq üçün müraciət forması: https://forms.gle/hQUMcNK1dA3AeF3M7

Müraciət üçün son tarix: 15 sentyabr 2020-ci il

Bir cavab yazın

Back to top button