21 May 22:00

Bakı Gənclər Mərkəzində 28 May Respublika Günü Münasibəti ilə Gənclər Məclisi təşkil olunacaq

Bakı Gənclər Mərkəzində 28 May Respublika Günü Münasibəti ilə Gənclər Məclisi təşkil olunacaqdır.

Azərbaycan Respublikasının Gənclər Fondu (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 28 May Respublika Gününə həsr olunmuş layihə dövlətçilik dəyərlərimizin vurğulanması, bu dəyərləri yaşadacaq və onu daha da irəli aparacaq gəncliyin yetişdirilməsi prosesinə dəstək məqsədi daşıyır.

Bu məqsədlə simvolik olaraq seçiləcək 28 gəncə üç gün ərzində mövzu ilə bağlı geniş təsəvvürün yaranması üçün tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın təqdimatında mühazirənin təşkili, mentorların rəhbərliyində müzakirəyə hazırlıq və İstiqlaliyyət Bəyannaməsinin qəbulu prosesinin müzakirəsinin təşkili nəzərdə tutulmuşdur.

Layihənin proqramı: https://bit.ly/2WVnwR6
Qeydiyyat: https://bit.ly/2JyglLE

Sonda layihə iştirakçılarına sertifikat verilməsi və Çapar dərgisi nəşrlərinin hədiyyə olunması nəzərdə tutulmuşdur.

İştirak üçün yerlərin məhdud olduğunu nəzərə alaraq qeydiyyatdan keçməyə tələsin!
__
📍 Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35A, Heydər Əliyev adına istirahət parkının ərazisində

Bəyən və paylaş

Rəylər

rəy(lər)