Bakı I Media Forumu təşkil olunacaq

Hər kəs iştirak edə bilər

Martın 18-də Bakı I Media Forumu təşkil olunacaq.

Forumun əsas mövzusu Azərbaycanda xəbər istehlakı, medianın vəziyyəti, yeni trendlər və tətbiq olunan yeniliklər olacaq.

Tədbirdə bir çox media və PR mütəxəssisləri, biznes adamları, influenserlər və müxtəlif şirkətlərin nümayəndələri çıxış edəcəklər.

Forum “INPRESS PR Solutions”ın təşkilatçılığı ilə həyata keçirilir.

Forumun əsas məqsədi son illərdə sürətlə dəyişən media ənənələri və vasitələrinə diqqət çəkmək, yeni media alətlərinin ölkədə tətbiqini təşviq etmək, vətəndaşların xəbər istehlakı vərdişlərini müzakirə etmək və bu sahədə dünyanın qabaqcıl ölkələrində tətbiq olunan təcrübələri jurnalistlər, PR mütəxəssisləri, tələbələr və mövzuya maraqlı olan digər şəxslərlə bölüşməkdir.

“Hilton Baku Hotel”də keçiriləcək forum 3 hissədən ibarət olacaq. Birinci hissədə 2019-2020-ci illərdə Azərbaycanda aparılan “Xəbər istehlakı” tədqiqatının nəticələri haqqında məlumat veriləcək. 2-ci və 3-cü hissələr panel şəklində təşkil olunacaq.

Birinci paneldə xəbər qəbul etmə davranışları, media texnologiyaları, kontent və aparıcı media qurumlarının təcrübələri kimi məsələlər müzakirə olunacaq.

İkinci paneldə isə sosial medianın və influenserlərin informasiya çatdırılmasında kütləvi mediaya bənzər rolları haqqında danışılacaq.

İstəyən hər kəs tədbirdə iştirak edə bilər.

Yer: Hilton Baku Hotel
Tarix: 18.03.2029
Saat: 10:00 – 12:45

Bir cavab yazın

Back to top button