Bakı-İstanbul liseyi İNGİLİS BÖLMƏSİNDƏ VAKANSİYA elan edir

Komandamıza qoşulmaq istəyənlərə əla imkan! 🎉
Bakı-İstanbul liseyi İNGİLİS BÖLMƏSİNDƏ VAKANSİYA elan edir!
✔️İbtidai sinif müəllimi (ingilis qrupu)
✔️Məktəbəqədər sinif müəllimi
✔️Rəsm müəllimi
✔️Riyaziyyat müəllimi
✔️İdman müəllimi
✔️Alman dili müəllimi
✔️Tarix müəllimi
✔️Coğrafiya müəllimi
✔️Biznesin idarə edilməsi müəllimi
✔️Psixologiya müəllimi
✔️Biologiya müəllimi
✔️Kimya müəllimi
✔️Fizika müəllimi
İşəgötürən: Bakı-İstanbul liseyi
Vakansiya aktivdir: 15.06.2021
Əsas vəzifə və öhdəliklər:
- Uşaqlara sinif proqramına uyğun tədrisin təşkili;
- Uşaqların fərdi və kollektiv inkişafına nəzarət edilməsi;
- Dərslərin uşaqlara uyğun interaktiv metodlarla keçirilməsi;
- Yaradıcı fəaliyyət və öyrədici oyunların tətbiq edilməsi;
- Uşaqlara dərs proqramı və materiallarının hazırlanması;
- Uşaqların inkişaf gedişatı ilə bağlı rəhbərlik və valideynlərə məlumat hazırlanması.
Tələblər:
- Ali təhsil (pedaqoji sahədə olması üstünlükdür);
- Uşaqlarla işləməyi bacarmalıdır (təcrübə olması üstünlükdür);
- Müstəqil və komanda ilə işləməyi bacarmalıdır;
- Mehriban, gülərüz, operativ və məsuliyyətli olmalıdır;
- Ofis proqramlarından istifadəni bacarmalı və texnologiya dostu olmalıdır;
- Azərbaycan dilini səlis, ingilis dilini isə yüksək səviyyədə bilməlidir (rus dilini bilməsi arzuolunandır)
- Yaradıcı düşünə bilməli və sadə əl bacarıqları olmalıdır
Digər məlumatlar:
- Əmək haqqı: müsahibə əsasında müəyyənləşdiriləcəkdir
CV və İstək məktubunuzu [email protected] mail adresinə göndərərsiniz.
E-mailə başlıq olaraq vakansiya adını qeyd edərsiniz
Sizi komandamızda görməkdən məmnunluq duyarıq!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az