24 Oktyabr 06:01

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini növbəti “Təməl” Təqaüd Proqramı

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini növbəti “Təməl” Təqaüd Proqramında iştiraka dəvət edir.

Proqram 120 akademik saat təşkil edir (həftədə 1 dəfə 4 akademik saat hesabı ilə).

Təlim modulları:

• Uşaq psixologiyası

• Pedaqoji ustalıq praktikumu (metodika və didaktika)

• Sinfin idarəedilməsi

• Elektron tədris resurslarının hazırlanması.
Təlimdə iştirak şərti:

• Hazırda IV sinifdə dərs deyən və İKT təlimlərindən müvəffəqiyyətlə keçmiş ali pedaqoji təhsilli müəllimlər təlimdə iştirak edə bilər.
Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (Əlavə)dolduraraq [email protected] poçt ünvanına göndərməlidirlər.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaqdır. Bu səbəbdən şəxsi elektron poçtunuzdan istifadə etməyiniz və poçtu mütəmadi yoxlamağınız vacibdir.

Müraciət üçün son tarix: 28 oktyabr  2015-сi il

Seçim qaydaları:

Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcəkdir. I mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərilən ərizə forması əsasında seçiləcəkdir. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəkdir. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaqdır.

Əlavə:
Müraciət forması

Bəyən və paylaş

Rəylər

rəy(lər)