Bakı Şəhər İcra Hakimiyyətində “Təcrübə proqramı” elan olunur
Bakı Şəhəri İcra Hakimmiyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə əməkdaşlığı çərçivəsində “Təcrübə proqramı”na start verilir.
Təcrübə proqramında Respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin istənilən kurs tələbələri iştirak edə bilərlər. Proqramda iştirak etmək istəyən tələbələr online qeydiyat formasını dolduraraq qoşula bilərlər. 2 ay müddətində davam edəcək proqram çərçivəsində 20 tələbə Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasında təcrübə keçmək şansı əldə edəcəklər.
Təcrübə proqramına seçim iki mərhələdən ibarət olacaq. Birinci mərhələ qeydiyyat, ikinci mərhələ isə seçilmiş tələbələr ilə aparılacaq müsahibə yolu ilə baş tutacaq.
Qeydiyyat: goo.gl/pvNUks
Son qeydiyyat tarixi: 11 mart 2016
Ətraflı məlumat üçün: (+99412) 493-96-24