12 Oktyabr 12:20

Bakı şəhər Təhsil İdarəsi könüllü işçi axtarır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Maraqlananlardan tərcümeyi hallarını [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

 

Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:

 

  • İnsan resursları sektoru
  • İctimaiyyətlə əlaqələr sektoru
  • Ümumi təhsil sektoru
  • Məktəbdənkənar fəaliyyətin təşkili sektoru
  • İnformasiya təminatı sektoru
  • Ümumi sektor
  • Təminat və təchizat sektoru
  • Maliyyə və mühasibatlıq sektoru
  • İnkişaf layihələri sektoru

 

Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcəkdir.

 

Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114)

Bəyən və paylaş

Rəylər

rəy(lər)