Bakı SOS Uşaq Kəndində Ailə köməkçisi vakansiyası

SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndinə

Ailə köməkçisi

vəzifəsinə iş elanı verir:

Ailə Köməkçisi tərbiyəçi ana ilə birlikdə onların himayəsinə verilmiş uşaqların qayğısına qalır, tərbiyə edir, təsərrüfat işlərinin yerinə yetirilməsində tərbiyəçi anaya köməklik göstərir. O, SOS Ailə evində işləyərək məzuniyyətdə və ya istirahətdə olan tərbiyəçi ananı əvəz edir, əvvəlcədən tərtib edilmiş qrafik əsasında fəaliyyət göstərir. Ailə Köməkçisi ailənin bir üzvü kimi uşaqlara qayğıkeş və anlayışlı davranır.

PROFİLİNİZ:

• Yaş həddi: 30-45 arası;
• Sosial iş, pedaqogika, psixologiya və ya bənzər sahələrdə orta ixtisas təhsili;
• Dayə, tərbiyəçi köməkçisi, tibb bacısı, müəllim vəzifələrində iş təcrübəsi və ya uşaq tərbiyə etmək bacarıqları (ən azı 2 il);
• Əlavə peşəyönümü təhsil (təlim, seminarlar);
• Məsləhət vermək və ünsiyyət qurmaq bacarığı;
• Sosial və təşkilati bacarıqlar;
• Komandada işləmək istəyi və bacarığı;
• Konflikt və stressin idarə olunması bacarığı;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• İlkin tibbi yardım göstərmək bacarığı;
• Ev işləri və yemək hazırlamaq bacarıqları;
• Tərbiyəçi ananı əvəz etmək üçün SOS Uşaq Kəndi daxilində yaşamaq imkanları;
• Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Ev təsərrüfatı (ev işləri) və maliyyə məsələlərində tərbiyəçi anaya köməklik göstərmək;
• Uşağın fiziki, emosional, zehni, sosial və mənəvi inkişafına nail olmaqda tərbiyəçi anaya dəstək göstərmək;
• Uşaqlara öz problemlərini həll etməyə imkan yaratmaq və ehtiyac duyulduqda, bu problemlərin həllində onlara dəstək göstərmək;
• Ailədəki uşaqların asudə vaxtının təşkil edilməsində tərbiyəçı anaya köməklik etmək;
• Təhsil və təlimin davam etdirilməsi üçün uşaqlara şərait yaratmaq və onları buna həvəsləndirmək;
• Məktəbli uşaqlara ev tapşırıqlarının hazırlanmasında köməklik etmək;
• Uşaqların bioloji ailələri ilə əməkdaşlıq etmək;
• Uşaqların Gənclərə Qayğı Layihəsinə hazırlanması prosesində tərbiyəçi anaya dəstək göstərmək.

İŞ ŞƏRTLƏRİ:

• Ünvan: Sadıqcan küçəsi, 27A, Bakı, Xətai, AZ1027
• 360.00 AZN (vergilər daxil) əmək haqqı;
• Həftədə 2 gün istirahət (Tərbiyəçi ananın əvəz edildiyi günlər istirahət günlərinə də təsadüf edə bilər);
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

TƏKLİFİMİZ:

SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 20 Avqust 2020-ci il tarixədək “Ailə köməkçisi/Bakı SOS Uşaq Kəndi Edumap.az” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

Bir cavab yazın

Back to top button