21 Oktyabr 13:55

Bakı Turizm Peşə Məktəbində “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçiriləcək

Bakı Turizm Peşə Məktəbində “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçiriləcək

28 oktyabr 2016-cı il tarixində saat 10:00-da Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinin (8-ci mkr., Cəfər Xəndan küç., 17) zalında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçiriləcəkdir.

Yarmarkada ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və digər müvafiq müəssisələr öz vakansiyaları və karyera planları haqqında məlumatları təqdim edəcəkdir.

Maraqlı şəxsləri CV-ləri ilə birgə yarmarkada iştiraka dəvət edirik.

Bəyən və paylaş

Rəylər

rəy(lər)