Bakı və Gəncə şəhərləri üzrə Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya

BOKT “AzKredit” ASC Bakı və Gəncə şəhərləri üzrə Kredit mütəxəssisi vəzifəsi üçün işçi qəbulunu elan edir.
Əsas vəzifə və öhdəlikləri:
Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparmaq;
Zəruri olduqda girov kimi təqdim olunan əmlakın girov qoyulmasında iştirak etmək;
Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim etmək;
Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil ;
Mikrokreditlərin verilməsi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq, biznes təhlillər aparmaq bacarığı;
Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
Namizədlər sürücülük vəsiqəsinə sahib olmalıdır. Şəxsi avtomobili olanlara üstünlük verilir.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində “Kredit mütəxəssisi” qeyd edin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.