Bakı və Gəncədə möhtəşəm təhsil sərgisi

Akademi Group Xaricdə Təhsil Mərkəzi Azərbaycanın iki şəhərində, Bakı və Gəncədə möhtəşəm təhsil sərgiləri təşkil edəcək.

02-03 aprel tarixlərində Bakıda Park inn Hotelində 20-dən çox Türkiyə universitetinin və yataqxanaların iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.
“Akademi Group” Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Əlavə olaraq, sərgi zamanı seminarların keçirilməsi də nəzərdə tutulur.

Bundan qürurla əlavə qeyd etməliyik ki 5 aprel tarixində üçüncü dəfə olaraq Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Bu sərgi isə Ramada hotelində təşkil ediləcək. Həmin sərgidə Türkiyənin bir çox dövlət və vəqf universitetləri təmsil olunacaq. Hər iki sərgidə Azərbaycanın Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur. Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun.

Qeydiyyat

Xatırladaq ki, sərgilər saat 12:00-17:00 arası baş tutacaq.

Bir cavab yazın

Back to top button