Bakı və Sumqayıt Filiallarında Kiçik xəzinədar/Xəzinədar vakansiyası

“Ziraat Bank Azərbaycan” ASC Bakı və Sumqayıt Filiallarına Kiçik xəzinədar/Xəzinədar vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

• Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
• İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
• Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
• Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş xəzinədara təhvil verilməsi;
• Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər May ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədar” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bir cavab yazın

Back to top button