BOKT “AzKredit” ASC Bakı və Gəncə şəhərləri üzrə Kredit mütəxəssisi vəzifəsi üçün işçi qəbulunu elan edir. Əsas vəzifə və öhdəlikləri: Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək; Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək; Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparmaq; Zəruri olduqda girov kimi təqdim olunan əmlakın girov qoyulmasında iştirak etmək; Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim etmək; Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək. Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər: İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil ; Mikrokreditlərin verilməsi sahəsində iştəcrübəsiolan namizədlərəüstünlük verilir; Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir; Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı; İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq, biznes təhlillər aparmaq bacarığı; Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq; Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq; Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı; İşçi heyəti ilə işləmək bacarığına malik olmalı; Namizədlər sürücülük vəsiqəsinə sahib olmalıdır. Şəxsiavtomobili olanlara üstünlükverilir. Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində “Kredit mütəxəssisi” qeyd edin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.