Bakıda “EFPSA Day” qeyd olunub

Edumap.az xəbər verir ki, 11 dekabr 2016-cı il tarixində “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən “EFPSA Day” tədbiri həyata keçirilib. Tədbirdə “EFPSA Day”-in məqsədi və Avropa Tələbə Psixoloqlar Assosasiyalar Federasiyasının (EFPSA) fəaliyyət və xidmətləri haqqında ətraflı məlumat verilib. Daha sonra Azərbaycanda keçiriləcək Avropa Tələbə Psixoloqlar Assosiasiyası Federasiyasının 31-ci konqresinin mövzusu və təşkilatı işləri, həmçinin gənclərin bu konqresə necə qoşula biləcəkləri haqqında danışılıb. 50-dən çox psixoloqun qatıldığı tədbirin sonunda isə ölkəmizdə baş tutacaq konqresin tanıtım çarxı və “EFPSA Day” videosu təqdim olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Məlumat üçün bildirək ki, 23-30 aprel 2017-ci il tarixlərində 33 ölkədən 350-ə yaxın gənc psixoloqların və professorların iştirakı ilə 31-ci EFPSA konqresi “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Azərbaycanda təşkil olunacaq.

Bir cavab yazın

Back to top button