Bakıda “Gənclik veloyürüşü” keçirilib

2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Gənclik veloyürüşü” təşkil olunub.

 

200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı yürüşün iştirakçıları arasında gürcüstanlı həvəskar velosipedçi, dünya səyahəti çərçivəsində Azərbaycandan keçən Nodar Beridze də olub.

 

Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Azneft meydanı–Neftçilər prospekti–Heydər Əliyev Mərkəzi–Səməd Vurğun bağı–Rəşid Behbudov küçəsi–Heydər Əliyev Sarayı–Səməd Vurğun küçəsi–Dəniz vağzalı marşrutu üzrə hərəkət ediblər.

 

Veloyürüşün məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.

8f0cd590-c962-448e-89e8-7b22f6cd5c82 952b7567-a22d-4110-9169-5606a7d744e9 b7bc2e8c-2af4-46d8-9ac0-0d7e7a60a9a2

Bir cavab yazın

Back to top button