12 Noyabr 07:47

Bakıda III Mövsüm Səyahət Yarmarkası keçiriləcək

Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Yeni il turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə üçüncü “Mövsüm Səyahət Yarmarkası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

2015-ci ilin 14 noyabr tarixində Bakı şəhərində yerləşən “Park Bulvar” ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə keçiriləcək “III Mövsüm Səyahət Yarmarkası”nda 20-dən artıq turizm şirkətlərinin və mehmanxanaların stendlərində ziyarətçilərə Yeni il bayramı ilə bağlı xüsusi proqramlar təklif olunacaqdır.

Tədbir çərçivəsində ziyarətçilər müxtəlif müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkə daxili və xaricinə Yeni il turları da əldə edə biləcəklər.

Bununla yanaşı, tədbir zamanı konsert proqramlarının nümayişi nəzərdə tutulmuşdur. Belə ki, ABŞ-dan jazz qrupunun ifası və məşhur müğənni Gabriel Stravelli və jazz triosunun (Jim Riedl piano, Patrick O’Leary bas, İordaniya Young zərb alətləri) çıxışı olacaqdır.

“III Mövsüm Səyahət Yarmarkası” saat 12:00-dan 20:00-dək fəaliyyətini davam etdirəcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)