2 Dekabr 14:23

Bakıda ilk dəfə praktik “EFL” təlimi!

Bakıda ilk dəfə praktik “EFL” təlimi!

Azərbaycanda yeganə beynəlxalq TEFL akkreditasiyalı mərkəz olan Vision Academy  Bakıda ilk praktik EFL təlimi təşkil edir. FLET (First Local EFL Training) təlimi ingilis dili müəllimlərinin danışıq, dinləmə, oxuma və yazı qabiliyyətlərinin tədrisini hədəfləyən ilk təşəbbüsdür.

“Apardığımız müşahidələr onu söyləməyə əsas verir ki, çox zaman ingilis dilinin öyrədilməsi yalnız qrammatikanın tədrisindən ibarət olur. Nəticədə, ingilis dilinə yiyələnmək istəyənlər nə sərbəst şəkildə yazıb-danışa bilir, nə də müzakirələrdə şəkildə iştirak edə bilirlər. Vision Academy tərəfindən təşkil edilən FLET təlimi məhz bu problemin həll edilməsinə, bir sözlə, sizin effektiv və əsl peşəkar müəllimə çevrilməyinizə yönəlib” – Ülkər Mehdiyeva, beynəlxalq səviyyəli EFL təlimçisi qeyd etmişdir.

Təlim beynəlxalq TEFL metodologiyasına əsaslanacaq və sonra iştirakçılar beynəlxalq səviyyəli sertifikatla təltif ediləcəklər.

Qeyd edək ki, Vision Academy tədris sektorunda 10 ildən artıq təcrübəyə malik şirkətdir. İşində etibar, müştəri məmnuniyyəti və keyfiyyət kimi dəyərləri əsas tutaraq, şirkət 50-dən çox xarici universitet və tədris qurumlarının rəsmi tərəfdaşıdır. Hər il yüzlərlə tələbənın etibarlı təhsil tərəfdaşı olmaqla yanaşı, Vision Academy TEFL, TESOL və ACCA kimi beynəlxalq akkreditasiyaları da əldə etməklə, işinə olan etibarı sübut etmişdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)