20 Oktyabr 18:01

Bakıda klassik italyan musiqisi konserti keçiriləcək

Bakıda klassik italyan musiqisi konserti keçiriləcək.

İtaliyanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, konsert oktyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademyasının Böyük Zalında baş tutacaq.

Konsert Bakı Musiqi Akademiyası və Luici Kerubini Konservatoriyası arasında olan ERASMUS proqramı üzrə “Espressioned’Arte” Assosiasiyasının həyata keçirdiyi musiqiçilərin mübadiləsi çərçivəsində baş tutacaq. Layihənin məqsədi konservatoriyalar arasında əlaqələrin inkişafıdır.

Bu proqram çərçivəsində Bakı Musiqi Akademiyasının musiqiçilər noyabrın 1-dən 5-dək İtaliyada səfərdə olacaq və onlar noyabrın 4-də Florensiyada yekun konsertlə çıxış edəcəklər.

Giriş sərbəstdi.

Bəyən və paylaş