4 Dekabr 12:47

Bakıda Meksika Kinosu Günləri keçiriləcək

7 dekabrın 2015-ci il tarixində, saat 19:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində keçiriləcək Meksika Kinosu Günlərinin açılışı olacaq.

Nazirlikdən edumap.az-a verilən məlumata görə, Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan və dekabrın 11-dək davam edəcək Kino Günləri çərçivəsində 7 dekabr saat 19:00-da “Səfil həyat”, 8 dekabr saat 12:00-da “Makario”, 9 dekabr saat 12:00-da “Ümid var”, 10 dekabr saat 12:00-da “Varislər”, 11 dekabr saat 12:00-da isə “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Meksika filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunmuşdur. Filmlərin nümayişlərinə giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)