2 Avqust 16:21

Bakıda Red Bull King of the Rock 2016 yarışmasının qalibi müəyyən edildi

30 iyul Bakıda, Bakı Dənizkənarı Bulvarının dəstəyi ilə, Red Bull King of the Rock yarışmasının finalı keçirilib və Amil Həmzayev qalib gəlib, çempion titulunu özünə qaytararaq, Azərbaycanı Serbiyada Belqrad şəhərində dünya finalında təmsil etmək hüququnu qazanıb.

Red Bull King of the Rock –”Təkbətək” formatında unikal küçə basketbol yarışmasıdır və 2013-cü ildən ölkənin ən güclü stritbolçunu müəyyən edir. Bu il yarışma Bakı Bulvardakı keçmiş ictimai basketbol meydançasında keçirilib və gərgin mübarizədə Amil Həmzayev qalib gəlib.

Yarışmadan sonra Amil dedi: “Bütün iştirakçılar layiqli rəqib idilər və mən qalib olmağıma şadam. Azərbaycanı dünya idman arenasında təmsil etmək mənim üçün böyük bir şərəfdir”.

Amilnən bərabər dünya finalında dünyanın 23 ölkəsinin nümayəndələri iştirak edəcəklər: Azərbaycan, Anqola, Belarus, Honq Konq, Gürcüstan, İtaliya, Qazaxıstan, Livan, Litva, Malta, Meksika, Moldova, Polşa, Rusiya, Serbiya, ABŞ, Tayvan, Türkiyə, Tunis, Fransa, Cənubi Afrika və Yaponiya.

2016 il, dünyada Red Bull King of the Rock yarışmasının təşkil edildiyi sonuncu ildir və Azərbaycanda Bakı Dənizkənarı Bulvar İdarəsinin, Su İdman Sarayının, GoSport və The Club Port Baku-nun dəstəyi ilə keçirilibdir.

Red Bull King of the Rock tarixi 2010-cu ildə başlanır, nə vaxt ki, Red Bull kədərli məşhur olan Alkatras həbsxananın həyətində birinci idman tədbirini keçirdi, məhbuslar 50 il əvvəl oranı tərk etdilər. Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak etdi və ölkəmizi təmsil edən Amil Həmzayev San Fransiskoda bütün dünyadan küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparırdı. 2014-cü ildə yarış Tayvandə Samasana adlı bağlı adada yerləşən atılmış həbsxanada keçirilib və Azərbaycanı Zaur Paşayev təmsil edib.

Foto: Nicat Etibar

13620165_750115578463238_7921354618312184362_n 13886953_750119358462860_5140502610924224890_n

Bəyən və paylaş

Rəylər

rəy(lər)