Bakıda “Sahibkarlıqda Oyun Strategiyası” adlı tədbir təşkil olunacaq

Bakıda “Sahibkarlıqda Oyun Strategiyası” adlı tədbir təşkil olunacaq.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə həyata keçiriləcək “Sahibkarlıqda Oyun Strategiyası” adlı tədbir cari ilin 7, 9 və 10 dekabr tarixlərində təşkil olunacaq. Tədbirdə üç fərqli mövzuda – “xidmət sektoru”, “startaplar və innovasiya” və “istehsal” sahəsi üzrə fəaliyyət göstərən sahibkarların şəbəkələşməsi təşkil edilməklə yanaşı, KOBSKA haqqında da təqdimat nümayiş etdiriləcək.   Mütəxəssislərin iştirakı ilə cari sahələr üzrə müzakirələr keçirilməklə, master klaslar təşkil ediləcək.   Qeyd edək ki, tədbir USAİD Azərbaycanın dəstəyi ilə həyata keçiriləcək.   Tədbirdə iştirak etmək istəyən sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/e/1FAIpQLScXgjGpTxC4HO81PFI4BAJDEuBEN9Eitt_EEtjJNiss6BucQw/viewform

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az