17 İyul 22:00

Baku Chamber Orchestra / Canlı performans

YARAT sizə Freestyle Electro və Freestyle Classics – elektron ritmlər və klassik melodiyalara həsr olunmuş tədbirlərin xüsusi silsiləsini təqdim edir! Bütün yay boyunca, hər cümə canlı performanslardan ləzzət almağa hazır olun.

Tədbirin növbəti qonağı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestridir. Proqramda kollektivin ifasında A. Vivaldi, V.A. Motsart və İ. Bramsın əsərləri səslənəcək.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır. Yaradıcı kollektivin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, dirijoru isə Əməkdar artist Fuad İbrahimovdur.

21 iyul, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə
Telefon: (012) 505 1414
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)