“Balaca eko-fəallar” adlı eko-vebinar keçiriləcək

Restire.az və Təbiət Dostları Azərbaycan 10-13 yaşlı uşaqlar üçün eko-vebinar təşkil edir!
Əziz valideynlər və balalar!
Sizi “Restire” layihəsinin və “Təbiət Dostları Azərbaycan” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan “Balaca eko-fəallar” adlı eko-vebinara dəvət edirik.
Eko-vebinarımız 10-13 yaşlı məktəblilər üçün nəzərdə tutulub. 3 mövzudan ibarət olacaq vebinar Zoom proqramı üzərindən 3 gün ərzində – 13, 14, 15 avqust tarixlərində keçiriləcək.
Toxunacağımız mövzular:
• Tullantılardan yenidən istifadə üsulları (Təbiət Dostları Azərbaycan-ın idarə heyətinin üzvü Rövşanə Babayeva)
• Sağlam qidalanma və həyat tərzi (VeganAzer bloqunun və Love by VeganAzer mağazasının qurucusu Vüsalə Məhərrəmova)
• Heyvanlara qayğı (Animal Care Club təşkilatının idarə heyətinin üzvü Aytac Həsənova)
Hədəf qrupu olan uşaqlarla interaktiv şəkildə keçiriləcək onlayn tədbir uşaqların yorulmaması üçün müxtəlif fasilələrlə, “energizer”lərlə davam edəcək!
✔️Qeydiyyat üçün bu nömrələrə WhatsApp vasitəsilə yaza bilərsiniz. İştirak tamamilə ödənişsizdir. Sonda iştirakçılar sertifikatla təmin olunacaqlar:
+994 50 446 12 01
+994 70 618 22 02

Bir cavab yazın

Back to top button