10 Aprel 19:25

Balaca YARAT: Ailənizlə Bazar Günü

Bazar gününü səmərəli keçirmək üçün Balaca YARAT Sizi maraqlı, ailəvi ustad dərsinə dəvət edir. Bu dəfəki mövzumuz Ümumdünya Aviasiya və Kosmonavtika gününə həsr olunub.

Heç Sizin uşaqlar raket və ya təyyarə konstruksiyası düzəldə bilirlər? Dərs zamanı onlar raket düzəltməklə yanaşı, kosmonavtika haqqında da bir çox maraqlı məlumatlar əldə edəcəklər!

Saat 11:30 (4-6 yaş)

Saat 13:30 (7-14 yaş)
Qeydiyyat üçün: 050 246 92 92

Qeydiyyat saat 10:00-dan 18:30-dək aparılır
Aprelin 11-i qeyri-iş günü olduğuna görə qeydiyyat aparılmayacaq!

Engineering for Kids komandasına bizimlə əməkdaşlıq göstərdiyi üçün öz təşəkkürümüzü bildiririk!

Bəyən və paylaş

Rəylər

rəy(lər)