10 May 11:39

Balaca YARAT proqramı çərçivəsində yeniyetmələr üçün “Özünü tap” adlı layihəsi keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı Balaca YARAT proqramı çərçivəsində yeniyetmələr üçün “Özünü tap” adlı layihəsini təqdim edir. “Et bunu” və “Təsəvvür edilməyən perspektivlər” sərgiləri əsasında keçiriləcək proqrama təlim, ekskursiya,ustad dərsləri və debat kimi fəaliyyətlər növləri daxildir. Proqram YARAT Mərkəzində 12, 19, 26 may və 2 iyun tarixlərində, saat 15:30-da keçiriləcəkdir.

Proqramda iştirak edə bilər:
– 12 – 14 yaşlı uşaqlar;

– Yaradıcı məktəblilər;
– İncəsənətə marağı olanlar;
– Kəşf etməyi sevənlər;

Proqramın yekununda baş tutacaq sərgidə iştirak etmək üçün, hər bir sessiyaya qatılmaq zəruridir.

Tədris dili: Azərbaycan.

Qeydiyyat üçün: 0502469292. Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)