10 İyul 11:52

Balakəndə xanımlar üçün digital marketinq, biznes və liderlik təlimləri keçirilib

İyulun 4-dən 8-dək Balakən Gənclər evində xanımlar üçün digital marketinq, biznes və liderlik təlimlərinə müvəffəqiyyətlə yekun vurulub. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı Counterpart İnternational təşkilatı tərəfindən icra olunur.   Təlim proqramı çərçivəsində  Balakəndən olan 22 nəfər qadın iştirakçıya 5 gün ərzində sahibkarlıq, biznes planın və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, şəxsi inkişaf və liderlik modulları üzrə təlim sessiyaları təşkil olunub. Təlimləri Gülnarə İsmailovanın rəhbərlik etdiyi təlimçilər qrupu – Seymur Quliyev, Tural Abbaslı və Seymur Kazımov aparıb.

Təlimi uğurla başa vuran qadınlar ABŞ İnkişaf Agentliyinin və Counterpart İnternational təşkilatının diplomları ilə təltif olunub. Təltifetmə mərasimində Balakən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdir müavini Fariz Nəcəfov və Balakən Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev də iştirak etmişdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)