22 Dekabr 21:19

Bank aşağıdakı filialları üzrə kredit şöbəsinin mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib

“Kapital Bank” Beyləqan, Tərtər, Mingəçevir, Astara, Şirvan, Füzuli, Sabirabad, Quba, Qusar, Kürdəmir, Qəbələ, İsmayıllı, Xaçmaz filialları üzrə kredit şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib. Ali iqtisadi və ya riyazi təhsilli, MS Office (Word, Excel) proqramları üzrə bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı 2016-cı ilin yanvar ayının 23-nə kimi müraciət etmək olar.

 Vəzifə öhdəlikləri

–  Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;

–  Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;

–  Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;

–  Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;

–  Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;

Namizədə dair tələblər

– Ali iqtisadi və ya riyazi təhsil;

– Analitik düşüncə;

– MS Office (Word, Excel) proqramları üzrə biliklər;

– Mükəmməl Azərbaycan dili;

– Əla ünsiyyət bacarıqları;

– Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti.

Müraciət etmək istəyən namizədlər CV-ləri rayon/şəhər və “Kredit şöbəsi” başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərə bilərlər.(Nümunə: Şəmkir – Kredit şöbəsi)

Bəyən və paylaş

Rəylər

rəy(lər)