29 Oktyabr 11:21

Bank “BTB” ASC “Karyeranı bizimlə başla” adlı təcrübə proqramına start verir

Bank “BTB” ASC “Karyeranı bizimlə başla” adlı təcrübə proqramına start verir. Belə ki, Bank “BTB” ASC istedadlı, inkişaf yönümlü və savadlı tələbələri ödənişli təcrübə proqramına qoşulmağa dəvət edir. Təcrübə proqramına qoşulmuş tələbələr peşəkar bank/maliyyə sahəsində fəaliyyət üzrə təcrübənin əldə olunması ilə yanaşı, gələcəkdə həm də Bank “BTB” ASC-də karyera qurmaq imkanını əldə edəcəklər.

Təcrübə proqramında bakalavr pilləsinin tələbələri və yeni məzunlar iştirak edə bilər. Bunun üçün CV-ni azərbaycan dilində 15 Noyabr 2019-cu il tarixinədək PDF formatında “Təcrübə proqramı 2019 Ad/Soyad” başlığı ilə [email protected] mail ünvanına göndərmək xahiş olunur.

Proqramda iştirak etmək arzusunda olan tələbələrə əsas tələblər:

•           Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (marketinq, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);

•           Azərbaycan və ingilis dilləri;

•           Ünsiyyətqurma və təqdim etmə bacarığı;

•           Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti;

•           Analitik düşüncə;

•           Komandada işləmək qabiliyyəti.

Bəyən və paylaş